Dünya 02.09.2020 17:25

Türkiyədə qadağaların mövcud olduğu vilayətlərin sayı artır

Türkiyədə COVID-19-la bağlı qadağaların yenidən qüvvəyə mindiyi vilayətlərin sayı artmaqda davam edir. Toy, nişan, ad günü kimi şənliklərin qadağan olunduğu şəhərlərin sayı isə 16-ya çatıb.

Rakus.az xəbər verir ki, ölkənin bəzi vilayətlərində mərasimlərin qapalı məkanlarda, bəzilərində isə ümumiyyətlə keçirilməsi qadağan olunub. Açıq havada keçiriləcək mərasimlərdə tətbiq olunan qadağalara qonaqların məkanın üçdəbirini doldurması, rəqs edilməməsi, yaxın təmasda olmaması da daxildir.

Qadağalar çərçivəsində bəy və gəlinin birinci dərəcəli qohumları istisna olmaqla, yaşı 65-dən yuxarı olanların iştirak etməsinə icazə verilməyəcək, digər qonaqların sosial məsafə qaydaları çərçivəsində hərəkət etməsi nəzərdə tutulur.

Bütün ölkəni əhatə edən qadağalara isə yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olan şəxslərin ehtiyac duyulmadığı təqdirdə evdən çıxmaması, ümumiyyətlə əhalinin evdən kənarda maskasız hərəkət etməməsi daxildir.

Xatırladaq ki, avqustun 31-də Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başlayıb. COVID-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən başlanması nəzərdə tutulur.

COVID-19-a yoluxma faktının qeydə alındığı ilk gündən indiyədək Türkiyədə 7 milyon 247 min 935 nəfər koronavirus testindən keçirilib. Hazırda ölkədə 271 min 705 aktiv xəstə var ki, onlardan da 991-nin vəziyyəti ağırdır. İndiyədək Türkiyədə 6 min 417 nəfər yeni növ koronavirus infeksiyasından vəfat edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO