“Hayabusa-2” kosmik zondundan ayrılacaq
Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) yaydığı məlumata görə, “Hayabusa-2” kosmik zondu içərisində “Ryuqu” asteroidindən götürülmüş nümunələrin olduğu kapsulu dekabrın əvvəllərində Yerə doğru göndərəcək.
Rakus.az xəbər verir ki, kapsul zonddan Yerdən 220 min kilometr məsafədə ayrılacaq və bundan sonra evə doğru yola düşəcək. Kapsulun daxilində “Ryuqu” asteroidinin səthindən ötürülmüş süxur nümunələri var.
Xatırladaq ki, “Hayabusa-2” kosmik zondu iki dəfə “Ryuqu” asteroidinə enib və hazırda Yerə doğru hərəkət edir.
JAXA mütəxəssislərinin bildirdiyinə görə, dekabrın 5-də Yerdən təqribən 220 min kilometr məsafədə kosmik zonddan ayrılacaq kapsul Avstraliyanın cənubunda yerləşən səhraya düşəcək.
Eyni zamanda, “Hayabusa-2” kosmik zondunun yeni tədqiqat missiyası ilə başqa asteroidə doğru hərəkət edəcəyi bildirilir.