Lotereya bileti ilə 20 dəfə pul uddu
Virciniya ştatında maraqlı hadisə baş verib. Ştatın sakini 20 eyni rəqəmli lotereya biletini seçməklə baş mükafatı 5 min dollar məbləğində olan oyunda 100 min dollar pul vəsaiti udub.
Rakus.az xəbər verir ki, bunu Virciniyanın lotereya təşkilatı idarəsinə Cənubi Boston şəhərinin sakini Toni Maylz bildirib. O, avqustun 22-də gecə saatlarında keçiriləcək lotereya oyunu üçün aldığı 20 biletin hər birinin 1-9-2-9 kombinasiyalı nömrələrdən ibarət olduğunu söyləyib.
“Centerville Mart” mağazasında alınan biletlərin hamısı tirajdakı dörd rəqəmlə üst-üstə düşərək hər biri ayrı-ayrılıqda Maylza 5 min dollar məbləğində olan baş mükafat, ümumilikdə götürdükdə isə, 100 min dollarlıq cekpot qazandırıb.
Toni Maylz uduşdan alacağı pullarla ən əvvəl bəzi hesabları ödəyəcəyini bildirib.