Qazaxıstanda həftə sonları karantin rejimi saxlanılacaq
Qazaxıstanda tətbiq olunan karantin rejiminin bəzi məhdudlaşdırıcı tədbirləri hələ də davam edir. Səhiyyə naziri Aleksey Tsoy bildirib ki, ölkədə karantin rejimi həftə sonları davam edəcək.
Rakus.az xəbər verir ki, nazirin sözlərinə görə, bu tədbir xəstəliyin yayılmasının qarşısını almaq və müsbət dinamikanı qorumaq üçün lazımdır.
Səhiyə naziri qeyd edib ki, hazırda ölkədə sabit epidemioloji vəziyyətin əldə olunması, ciddi məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinin nəticəsidir.
Xatıraladaq ki, Qazaxıstanın baş sanitarı Ayjan Yesmaqambetova həftə sonları sərt karantin rejiminin davam etməsi səbəbini, əhalinin bu günlərdə sıxlıq yaratmaları, infeksiyanın yoluxma və yayılma ehtimalının artması ilə izah etmişdi.
Ölkədə karantin rejimi avqustun 17-dən tədricən yumşalmağa başlayıb.