BMT: Qlobal istiləşmə ilə bağlı narahatdır
Koronavirus pandemiyası qlobal iqlim dəyişikliyini dayandırmayıb.
Rakus.az xəbər verir ki, bu barədə aparıcı elmi təşkilatların sentyabrın 9-da dərc olunan idarələrarası hesabatında deyilir.
Alimlər bu ilin birinci yarısında pandemiyanın əsas iqlim göstəricilərinə təsirini müşahidə ediblər. Məruzə müəlliflərinin qənaətinə görə, atmosferdə istixana qazlarının konsentrasiyası bu müddət ərzində artmaqda davam edib.
Ayrı-ayrı ölkələrin özünü təcrid etməsi və ümumi iqtisadi tənəzzül nəticəsində yaranan müvəqqəti azalmadan sonra tullantılar pandemiyadan əvvəlki səviyyəyədir. Nəticə etibarı ilə indiki beş illik dövr rekord göstəricilər arasında ən isti dövr olub. Bu da beynəlxalq birliyin əvvəlcədən razılaşdırılmış qlobal temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə Selsi şkalası ilə 1,5 faizdən çox olmamaqla ziddiyyət təşkil edir. Məruzədə iqlim dəyişikliyinin buzlaqlara, okeanlara, ümumiyyətlə təbiətə, qlobal iqtisadiyyata və insanların həyat şəraitinə artan təsirinə toxunulub. Sənəddə, həmçinin bildirilib ki, COVID-19 qlobal müşahidə sistemi vasitəsilə iqlim dəyişikliyinin müşahidə olunmasına mane olur.
Sənəddə qlobal iqlim dəyişikliyinə dair ən son elmi məlumatlar və ekspertlərin tapıntıları yer alıb.
BMT–nin Baş katibi Antonio Quterreş hesabatın məzmununu belə şərh edib: “Əvvəllər heç vaxt o qədər aydın olmayıb ki, bəşəriyyət iqlim böhranının aradan qaldırılması üçün uzunmüddətli və bütün əhatəli tədbirlər görməlidir.
Pandemiyadan sonrakı bərpa dövründə biz nəsillərimiz üçün daha yaxşı gələcək qurmaq üçün hər hansı imkandan istifadə etmək məcburiyyətindəyik”.