Mədəni
10.09.2020
12:11
Güney Azərbaycan ziyalıları AYB-yə müraciət etdilər - VİDEO

Güney Azərbaycan ziyalılarının “İrəvan Çuxuru” havası ilə bağlı Azərbaycan Respublikası Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin rəhbəri hörmətli Sayman Aruza müraciət ünvanlayıblar.
Rakus.az həmin müraciəti diqqətinizə çatdırır:
“Mövzu: İrəvanda və Ermənistan ərazisində olan Azərbaycanın tarixi-mənəvi sərvətlərinin YUNESCO tərəfindən Azərbaycanı tarixi- mədəni -mənəvi sərvətləri kimi tanınması zərurəti.
Hörmətli Sayman müəllim,
Ermənistan ərazisi və onun paytaxtı İrəvan bizim tarixi topraqlarımızdır və biz azərbaycanlılar bu tarixi topraqlara mütləq şəkildə qayıtmalıyıq. Bu, bizim Azərbaycanlı olaraq siyasi və strateji hədəfimizdir. Ona görə də tədricən bu hədəfə yaxınlaşmalıyıq. Əslən Təbrizdən olan məşhur tarixçi-alim Səməd Sərdarniya “İrəvan, Müsəlmanların yurdu idi” kitabında belə yazır:
“İrəvan müslumanlar yurdu olub və belədə qalmalıdır.”
Həmçinin Sərdarniya “Azərbaycan tarixi”, “Qarabağın tarixi” və “Arazın iki tayında müsəlman Türklərin soyqırımı” kitablarında əsaslı şəkildə bu məsələyə toxunub ki, indiki Ermənistan və onun paytaxtı hesab edilən İrəvan Azərbaycan Türklərinin tarixi torpağı olubdur. İrəvan və ətraf rayonlarının azərbaycanlılara məxsus olan adət və ənənələri bu gün də istər şeir, istər mahnılarda, istərsə də aşıqlarımızın dilində və sazlarında yaşamaqdadır. Məşhur “İrəvan çuxuru” və “Göyçə gölü” havaları Güney Azərbaycanda daim sevilən və səslənən mahnılardandır.
Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyevin siyasi məfkurəsi, Səməd Sərdarniya kimi tarixçilərimizin sonsuz faktları, Azərbaycan xalqının istəyi və arzusu şükürlər olsun ki, vahid ideya və məqsədə xidmət edir. Bu gün dünyada yaşayan bütün soydaşlarımız Azərbaycan dövləti və Prezidentinin yürütdüyü siyası-ictimai xətti dəstəkləyir. Ona görə də biz, Güney Azərbaycanda yaşayan bir qrup ziyalı qeyd etdiyimiz vacib məqamları əsas götürərək iddia edirik ki: tarixi torpağımız olan İrəvan Azərbaycana geri qaytarılmalıdır.
Biz İranda yaşayan Azərbaycanlı yazarlar və ozanlar bu təklifi irəli sürərək “İrəvan çuxuru” havasını da eyni “Sari gəlin” mahnısı kimi Azərbaycan mədəniyyətinin mənəvi sərvəti kimi dünya səviyyəsində tanınmasını xahiş və tələb edirik.
“İrəvan çuxuru” havası bizim mədəni irsimisdir. Bu havanın YUNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına salınması günün zərurətidir. Həmçinin bu məsələ Azərbaycan Respublikasının Qarabağla bağlı tutduğu mövqeyində nə dərəcədə haqlı olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaqdır.
Ona görə də “İrəvan çuxuru” havasının YUNESCO tərəfindən Azərbaycanın qeyri maddi- mədəni irsi olaraq qəbul edilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirik!
Hörmətlə,
1-Səttar Gülməhəmmədi- Şair, tədqiqatçı
2-Ümid Hüseyniyan-Ədəbiyyatçı
3-Çingiz Mehdipur-aşıq
4-Rəhim Nəzəri-aşıq
5-Səxavət Məhəmmədi-aşıq
6-Bəhmən Qurbanzadə-aşıq
7-İsrafil Qurbanpur-aşıq
8-Çingiz Biriya-aşıq
9-Cavad Məhərrəmi-aşıq
10-Hüseyn Saii-aşıq
11-Səxavət İzzəti-şair
12-Məhəmməd İbadi (Alışıq)-şair
13-Cəfər Xakpur-aşıq
14-Bulud Dehqan-aşıq
15-Həsən Kərimzadə-tədqiqatçı
…
200- İsa Qaraxanlı-asıq
Əlavə linklər:
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi
/
07.04.2025
11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni
/
05.04.2025
22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial
/
04.04.2025
22:03
Sosial
/
04.04.2025
13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO