İtaliyada 77-ci Venesiya kino festivalı yekunlaşıb.
Rakus.az xəbər verir ki, festivalının “Müqəddəs Markın Qızıl şiri” mükafatını ABŞ-da çalışan çinli Xloi Çjaonun “Köçərilərin torpağı” filmi qazanıb.
Mükafatları aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib.
“Köçərilərin torpağı” filminin baş rol ifaçısı və rejissoru festivala qatıla bilməyiblər. Onlar onlayn formada mətbuat konfransında iştirak ediblər.