MN-da görüş keçirildi - FOTO
Aprelin 26-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.
Rakus.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açaraq ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə edilən uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadığını vurğulayaraq onların daha fəal olmalarını tövsiyə edib.
Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və bir sıra məsələlərin baxılması ilə əlaqədar müraciət ediblər.
Sonda birgə nahar təşkil olunub.