Ermənistan Rusiyadan silah istəyir
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan İrəvanın lazım gələrsə, Rusiyadan yeni silah tədarükü üçün Moskvaya üz tutmağa hazır olduğunu deyib.
Rakus.az xəbər verir ki, o, hələlik bunu etmədiklərini bildirib.
O xatırladıb ki, ölkəsinin Baş naziri Nikol Paşinyan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Zohrab Mnatsakanyan isə Sergey Lavrovla “onlara vəziyyət barədə məlumat vermək, Ermənistan hökumətinin baxışı və atdığı addımlar, ordunun planları barədə” telefon danışığı aparıblar.
Toqanyan İrəvan və Moskvanın müvafiq öhdəliklərə görə müttəfiq olduqlarını vurğulayıb:
“Bizim hərbi-texniki əməkdaşlığımız inkişaf edir, silah tədarükü ilə bağlı razılaşmaların icrası normal davam edir. Təbii ki, ehtiyac olarsa, ilk növbədə Rusiyaya müraciət edib məsələləri həll edəcəyik (əlavə silah təchizatı ilə bağlı – red.)”.