Makron beynəlxalq məhkəməyə verilir
Fransa Prezidenti Emmanuel Makron guya Azərbaycan tərəfində muzdluların – Suriyadan olan islamçıların ermənilərə qarşı döyüşdüyünə dair əsassız açıqlamasına aid sübutlar təqdim etməsə, Beynəlxalq Diaspor Komitəsi (ICD) və Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi (CIPDH) bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.
Rakus.az xəbər verir ki, bu barədə Oxu.Az-a CIPDH-nin Azərbaycan Komissarının vəzifəsini icra edən Elçin Axundzadə deyib.
Onun sözlərinə görə, hüquq müdafiəçiləri və vəkillər Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün mübarizə aparmaq iqtidarında olmadığımızı deyərək Azərbaycan xalqını təhqir etdiyinə görə Fransa rəhbərliyindən Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcəklər.
ICM sədri İsmayıl Ağayev və Elçin Axundzadə eyni mətnlə xarici ölkələrin Azərbaycandakı bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə müraciətlər göndəriblər.