Ceyhun Bayramov Ermənistanın təxribatlarından danışdı
“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.
“Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”, – nazir vurğulayıb.
C.Bayramov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mövcudluğu bölgə üçün təhdiddir: “Bu, son günlərdə özünü daha açıq formada göstərdi. Onlar heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tuturlar. Bu yeni taktika deyil. Ermənistan bu taktikanı 90-cı illərin əvvəlində də tətbiq edib”.