“Azersky” peykindən Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün əldə olunmuş ən son peyk təsviri təqdim edilib.
Rakus.az xəbər verir ki, bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.
Bildirilib ki, hazırda “Azersky” vasitəsilə istər ordumuzun azad etdiyi ərazilərdə, istərsə də müvəqqəti olaraq Ermənistanın işğalında qalan torpaqlarımızdan gündəlik təsvirlər çəkilir və müvafiq analizlər aparılır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Dağlıq Qarabağa doğru zəfər yürüyüşü sayəsində bu gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kəndimiz Ermənistanın işğalından azad edilib.