İspaniyada sosialist partiyası qalib gəldi
İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 98,9%-ı hesablanıb. Ölkə parlamentinin sədrinin Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (İSİP) bu nəticələrə əsasən qalıb gəlir.
Rakus.az xəbər verir ki, həmin nəticələrə əsasən partiya Deputatlar Konqresində (parlamentin aşağı palatası) 350 yerin 123-nü tutur. Mühafizəkar Xalq Partiyasına 66, “Vətəndaş” partiyasının payına 57 düşür. Sol koalisiya “Birlikdə edə bilərik” – 42, Voks partiyası – 24 yer toplayıb. Seçkilərdə seçicilərin 75%-i iştirak edib ki, bu da 2016-cı ilin göstəricilərə əsasən (66,48%) çoxdur.
Xatırladaq ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.
Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.