Dünya 14.10.2020 10:48

Elçin Əmirbəyov: “Gəncəyə raket hücumu bəşəriyyətə qarşı cinayətdir”

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibədə Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha təkzib edərək, bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.

Rakus.az xəbər verir ki, Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov Azərbaycana qarşı yenidən ikili standartların tətbiq edildiyini vurğulayıb və onların günahı başqasının boynuna atmaq cəhdinin göz qabağında olduğunu bildirib.

“Azərbaycanı ittiham edən tərəflərdən heç biri, yuxarıda göstərilən iftiraları təsdiqləyən ən azı bəzi dəlillər təqdim etmədilər, necə ki, açıq-aydın yalanlara görə üzr istəmək üçün özlərində cəsarət tapmadılar”, – o vurğulayıb.

Atəşkəs barışıq perspektivlərinə gəldikdə, E.Əmirbəyov qeyd etdi ki, Bakı xoş niyyətini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarlığını nümayiş edərək, Rusiya paytaxtındakı görüşdə iştirak etdi və Moskva bəyanatına qatıldı.

“Ermənistan isə danışıqlar masasına qayıtmaq və hərbi təcavüzünü dayandırmaq istəyinin, niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, öz ərazisindən Gəncə şəhərinin mülki əhalisini gecə xaincəsinə atəşə tutmaqla Ermənistan bəşəriyyətə qarşı cinayət və Azərbaycan xalqına qarşı da növbəti soyqırımı aktını törətdi. Mülki əhaliyə qarşı “Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi, 1949-cu il dördüncü Cenevrə Konvensiyasına görə, hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir”, – diplomat vurğulayıb.

Birinci vitse-prezidentin köməkçisi vurğuladı ki, bu yolla Paşinyan beynəlxalq müharibə cinayətləri tribunalında Ermənistan rəhbərlərinin “gözləmə siyahısına” əlavə olundu.

“Və gec-tez o da sələfləri kimi ədalət qarşısına çıxacaq və çirkin cinayətlərinə görə cavab verəcək”, – E.Əmirbəyov sözlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO