Dünya 15.10.2020 15:22

Qarabağ bölgəsində uçuş təhlükəsizliyi ilə bağlı xəbərdarlıq

Dövlətlərarası Aviasiya Komitəsi (IAC) Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar döyüş əməliyyatları fonunda beynəlxalq uçuşlar həyata keçirən mülki təyyarələrin, onların heyət və sərnişinlərinin təhlükəsizliyini təmin etməyi tələb edib.

Rakus.az xəbər verir ki, bu barədə komitənin saytında məlumat verilib.

Dövlətlərarası Aviasiya Komitəsi mümkün təhlükələrlə əlaqədar bir neçə təklif irəli sürüb:

– Münaqişə zonasındakı silahların taktiki və texniki xüsusiyyətlərini nəzərə alaraq beynəlxalq hüquq normalarının qeyd-şərtsiz həyata keçirilməsinə və mülki təyyarələrin hava hücumundan müdafiə vasitələri ilə vurulmasının, habelə raketlər və digər vasitələrlə mülki obyektlərin və aerodromların məhv edilməsinin qarşısının alınmasına yönəlmiş bir sıra tədbirlər görmək;

– Uçuş sahələrində təhlükəsizliyi təmin etmək üçün Müdafiə nazirlikləri ilə koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək;

– Cənubi Qafqaz bölgəsindən uçuşlar həyata keçirən hava yolları şirkətlərinin mülki təyyarələrin münaqişə zonası üzərində və ya yaxınlığında uçuşlarının təhlükəsizliyini təmin etmək üçün risk faktorlarını qiymətləndirməsi və risk zonalarından qaçmaq üçün bildirişləri ciddi şəkildə izləməsi və yerinə yetirməsi;

– Beynəlxalq Mülki Aviasiya Təşkilatı çərçivəsində mülki aviasiya təyyarələri üçün təhlükə yaradan, həmçinin yaranmış böhran vəziyyətlərini vaxtında həll etmək üçün əlaqədar dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən komitənin təşkil olunması.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü səbəbindən ölkənin hava məkanında uçuş təhlükəsizliyini təmin etməyə çağırıb.

“Son bir neçə gün ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanda mülki hədəflərə orta və uzaq mənzilli raketlərin istifadəsi ilə intensiv atəşləri davam etdirir. Bu hərəkətlər Azərbaycanın hava məkanından beynəlxalq uçuşlar həyata keçirən mülki təyyarələr üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv edən silahların istifadəsi geridönməz nəticələrə gətirib çıxara bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulmuş bir mülki təyyarənin ssenarisi təkrarlana bilər”, – Azərbaycan tərəfinin ünvanlandığı müraciətdə qeyd olunub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO