Macarıstan Azərbaycanı daim dəstəkləyəcək – MÖVQE - FOTO
Macarıstan parlamentinin sədri Laslo Köver Milli Məclisin sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.
Rakus.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, cari ilin 27 sentyabr tarixindən cəbhə xəttində baş verənlər haqqında ətraflı məlumatlara görə həmkarına təşəkkürünü bildirib.
Sədr əlavə edib ki, mülki insanların ölümü ilə nəticələnən qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu qeyd edib.
Laslo Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin spikerlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə Ermənistanın 27 sentyabrdan etibarən cəbhə xəttində törətdiyi təxribatlar haqqında məktublar ünvanlayıb.