Azərbaycan ordusu əks-hücum əməliyyatları nəticəsində işğal edilmiş torpaqlarımızda Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyanı məhv edib.
Rakus.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Gürcüstanda V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunmuşdu. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınamışdı.