Dünya 29.10.2020 09:25

Türkiyə Cümhuriyyəti 97 yaşını qeyd edir

Türkiyənin cümhuriyyət elan edilməsindən 97 il ötür.

Rakus.az xəbər verir ki, qurtuluş müharibəsinin qələbəsindən sonra Mustafa Kamal Atatürk yeni Türkiyə dövlətini modernləşdirib və demokratikləşdirib.

Ankara Türkiyə hökumətinin mərkəzi olandan sonra yeni dövlət başçısı seçilməli idi. O günə qədər bu vəzifəni Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Kamal Paşa icra edirdi.

Bəzi xarici ölkələr də “Lozanna” razılaşmasının təsdiqlənməsi üçün Türkiyədəki yeni dövlət rejiminin daha açıq şəkildə təyin olunmasını istəyirdilər.

Bu zaman Deputatlar Şurasının istefası və Məclisin etibarını qazanacaq bir kabinet siyahısının qurulmaması bu problemin təcili həllini tələb edirdi.

1923-cü il oktyabrın 25-də hökumətin istefası ilə bir böhran başlayıb. Bu hadisə Atatürkə respublika elan etmək üçün gözlədiyi fürsəti verib. 28 oktyabr 1923-cü il axşama qədər hökumət qurulmadıqdan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündəki dostlarına “Sabah cümhuriyyəti elan edəcəyik” deyərək fikrini açıqlayıb.

O gecə Atatürk və İsmet İnönü, 1921-ci il konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsini hazırlayıblar.

1923-cü il 29 oktyabr, bazar ertəsi günü, saat 18:00-da İsmət İnönünün başçılığı ilə Məclis toplanıb. Konstitusiya Komissiyası tərəfindən təqdim edilən və konstitusiya dəyişikliyini ehtiva edən təklif dərhal müzakirə üçün gündəmə gətirilib.

Rəyə təqdim olunan layihədə aşağıdakı müddəalar yer alır:

Suverenlik qeyd-şərtsiz millətə aiddir. Milli işlərin həqiqi idarə olunması insanlardan asılıdır. Türkiyə dövləti cümhuriyyətdir.

Türkiyənin dövlət dini İslam, rəsmi dili Türk dilidir.

Türkiyə hökuməti Böyük Millət Məclisi tərəfindən idarə olunur.

Türkiyə Cümhuriyyətinin başçısı Türkiyə dövlətinin başçısıdır. O, lazım bildiyi zaman Böyük Millət Məclisinə və Nazirlər Şurasına rəhbərlik edir.

Qanun layihəsi 20:30-da iclasda iştirak edən 158 üzvün hamısının səsi ilə təsdiqlənib. Cümhuriyyətin elanı alqışlarla və “Yaşasın Cümhuriyyət” sədaları ilə qarşılanıb.

Cümhuriyyət elan edildikdən sonra prezident seçkiləri keçirilib. Gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini alan Qazi Mustafa Kamal Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türk dövlətinin ilk prezidenti seçilib.

Mustafa Kamal Paşanın TBMM-ə müraciəti, Türkiyə Böyük Millət Məclisinin qeydlərinə belə daxil edilib:

“Cənablar, əsrlər boyu Şərqdə haqsızlığa və zülmə məruz qalan millətimiz, türk millətinin əslində sahib olduqları yüksək qabiliyyətlərindən məhrum olduğu düşünülürdü.

Son illərdə xalqımızın faktiki istedadı, anlayışı özləri haqqında pis düşünən insanların nə qədər həqiqəti görməkdən uzaq olduqlarını çox yaxşı sübut etdi.

Millətimiz mövcud keyfiyyətlərini və dəyərlərini sivilizasiya dünyasına göstərə biləcək. Türkiyə Cümhuriyyəti dünyanın bəyan etdiyi əsərlər arasında tutduğu yerə layiq olduğunu sübut edəcək… Həmişə millətin sevgisinə və etibarına söykənərək birlikdə irəliləyəcəyik. Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu olacaq və qalib gələcək”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO