TEXNOXƏBƏR: NASA Mars helikopterini sınaqdan keçirdi
Kosmosla maraqlananlar 2020-ci ilin yayını səbirsizliklə gözləyir – məhs o vaxt missiya başlayacaq, Mars 2020 və onunla birlikdə olan vertolyot üzərində həyatın olub-olmadığını öyrənmək üçün Qırmızı Planetə uçacaq. Bir müddət əvvəl NASA kosmik agentliyi mars gezəgəninin uğurlu sınaqlarını elan edib – tədqiqatçılar inanırlar ki, o, kənar müdaxilə edilmədən planetə müstəqil enməyə hazırdır. Bir həftə sonra isə vertolyotun Mars şərtlərində uçma qabiliyyətini sübut edən növbəti şad xəbər paylaşılıb.
Rakus.az xəbər verir ki, test karbon dioksidli xüsusi kamerada aparılıb.
Eksperiment Los Angeles yaxınlığında NASA-nın reaktiv hərəkət Laboratoriyasında keçirilib. Mars şəraiti 7.62 metr genişlikli kamerada qurulub: ilk növbədə tədqiqatçılar bütün azot, oksigen və digər qazları sovurub kameranı Mars atmosferinin əsas komponenti olan karbon dioksidlə doldurublar. Zəif cazibəni təmin etmək üçün elm adamları ağırlıq dərəcəsinin üçdə iki hissəsinə bərabər olan qüvvəni vertolyotun üst hissəsindəki kəmərdən istifadə etməklə təmin ediblər.
İki test uçuşu zamanı vertolyot 5 santimetrə qədər qalxıb – cihazın Mars şərtlərində uçuş edə biləcəyinə əmin olmaq üçün bu qədər kifayət idi. Əvvəlki testlər göstərdi ki, helikopter ani temperatur dəyişikliklərinə qarşı dözümlüdür və bu işdə daxili istilik ona çox kömək edib.
1,8 kiloqram ağırlığında olan qutu şəklində helikopter maraqlı səthləri aşkar etmək üçün kamera ilə təchiz olunub. O, Mars 2020 cihazını müşayiət edərkən gələcək missiyaların marşrutlarını tərtib etmək üçün məlumat toplayacaqdır. Onun davranışını öyrəndikdən sonra, mühəndislər tapılan bütün səhvləri düzəltmək üçün Marsda uçuşlar üçün təkmilləşdirilmiş nəqliyyat vasitələrini qura biləcəklər.