Rusiya səfirliyi Ermənistanın növbəti yalanını ifşa etdi
Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan tərəfinin növbəti yalanını ifşa edib.
Rakus.az xəbər verir ki, “Sputnik-Ermənistan”ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfirliyi erməni mətbuatının rusiyalı sərhədçilərdən iki nəfərin həlak olması barədə xəbərlərinin həqiqəti əks etdirmədiyini açıqlayıb.
Rusiya səfirliyi həmçinin erməni mətbuatına bu cür informasiya tullantılarına qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Bununla da, erməni tərəfinin beynəlxalq ictimaiyyəti aldatmaq niyyəti daşıyan təxribatı ifşa olunub. Rəsmi İrəvan “rusiyalı sərhədçilərin ölümü” xəbəri ilə öz daxili auditoriyası ilə yanaşı, Rusiya ictimaiyyətini də Azərbaycana qarşı qaldırmaq niyyəti daşısa da, sonda uğursuzluğa düçar olub. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əlaltısına çevrilən mətbuatının növbəti təxribatının Rusiya səfirliyi tərəfindən ifşa olunması ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini hədəf almaması faktı bir daha öz təsdiqini tapıb.