Səudiyyə Ərəbistanı hökuməti həcc ziyarətinin üçüncü mərhələsini həyata keçirməyə başlayıblar: Məkkə və Mədinə məscidləri krallıq xaricində yaşayan müsəlmanların üzünə açılıb.
Rakus.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.
Xarici zəvvarlar Səudiyyə Ərəbistanında 10 gün qala bilərlər. Ölkəyə girişdən dərhal sonra koronavirus testindən keçiriləcək zəvvarlar üç günlük təcrid olunacaqlar.
Ziyarətə yalnız 50 yaşa qədər olan insanlar buraxılıb. Zəvvarlar mütəmadi həkim nəzarətində olacaqlar.
Həcc və ümrə işləri üzrə nazir müavini Əmr əl-Mədda krallığa artıq 10 min zəvvarın gəldiyini bildirib. Onlar 20 nəfərlik 500 qrupa bölünüblər. Nazir müavini həmçinin, həcc ziyarətinə gələn zəvvarın ölkəsində epidemioloji vəziyyət pisləşərsə, onun vizasının ləğv oluna biləcəyi barədə də xəbərdarlıq etdi.
Məscidlərin hər birini 24 saatda 20 min zəvvar və 60 min mömin ziyarət edə bilər. Bu tədbirlərin koronavirus pandemiyasının sonuna və bununla əlaqəli məhdudiyyətlərin tamamilə götürülməsinə qədər qüvvədə olacağı ehtimal edilir.