Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı bölmələrinin Azərbaycanda mülki obyektlərə qarşı fosfor silahlarından istifadəsini sübut edən video paylaşıb.
Rakus.az xəbər verir ki, o, bununla bağlı “Twitter”də paylaşım edib.
“Ermənistanın oktyabrın 8-də Füzuli rayonuna fosfor mərmiləri atıb. Mülki obyektlərə qarşı fosfor mərmilərindən fəal şəkildə istifadə edən Ermənistanın Azərbaycana qarşı ittihamları tipik günahlandırma və məsuliyyətdən qaçma taktikasıdır”, – H.Hacıyev qeyd edib.