Şou 30.04.2019 15:57

Dilber Ay vəfat etdi - FOTO

Türkiyənin məşhur xalq mahnısı ifaçılarından olan Dilber Ay ötən gün ürəktutmasından vəfat edib.

Rakus.az axşam.az-a istinadən sənətçinin acı hekayəsini təqdim edir:

13 yaşında olarkən özündən yaşca böyük biri ilə evləndirilən Dilber türkülər ifa etdiyi üçün atası tərəfindən tövləyə bağlanıb, işgəncələrə məruz qalırdı.

Ona cinsi zorakılıq göstərmək istəyən adamı bıçaqladı və Almaniyada həbsxanaya salındı.

“Dəliqanlı, mərd qadınam. Məhkumlar da məni çox sevir. Taleyinə məhkum olmuş hər bir insan mənim övladımdır. Kimlər övladım deyil? – Uşaqlara təcavüz edənlər, sevgilisi üçün övladını öldürənlər, vətən xainləri… Onları asmaq lazımdır” deyə, Dilber müsahibələrində deyirdi.

O, daha sonra həyatını belə izah edirdi:

“Səsim yanıqlıdır, səmimi danışıram, ona görə məni sevirlər. Uşaqlığım qəribə keçib. Kasıb ailənin övladı idim. Kahramanmaraşda bir çadırda dünyaya gəlmişəm. Ailəm aşirətdən idi, köküm isə Hələbə gedib çıxır. Yoxsulluğun içində doğuldum amma, Rəbbimin mənə verdiyi səs sayəsində uşaqlarım çörək tapa bildi. Xoşbəxt uşaq deyildim. Kasıb insanın xoşbəxtliyi olarmı? Səkkiz övlad idik, ikisini itirmişdim. Üçüncü sinifədək oxumuşam, sonra da evləndirdilər. Məni yaşlı adamla evləndirdilər. Adət elə imiş. İki övladım oldu, sonra ayrıldıq.

Radiodan gəlib kənddə çadır qurmuşdular, gözəl səsləri dinləyəcəklər dedilər. Əmim qızı ilə qol-qola girib, getdik. Səsimi dinlədilər, birinci oldum. Evə gəldim. Evimiz cəhənnəm kimi idi. Bizi tövləyə bağladılar. Ətimizi tikə-tikə etdilər. Əmim, atam hamısı birləşdilər. Dedilər ki, sən necə türkü səsləndirə bilərsən?! Aradan beş il keçdi. Radioya getdim, “Nə olar, məni bir dəfə dinləyin” deyə, yalvardım. Qış ayları idi. Ayağımda qara qaloş, başımda şərf var idi. Elə bildilər ki, dilənçiyəm. Məni qovdular, içəridən bir adam gəlib “Bu tarixdə gələrsən, dinləyərik” dedi. Getdim, yenə qazandım. Amma pul qazanmaq lazım idi. Kazinolarda işləməyə başladım. Onsuz da boşanmışdım. Uşaqlarımın ruzisinin arxasınca qaçırdım.

Atam əvvəlcə razı olmadı, daha sonra atam məndən üzr istədi, hər şeyi yanlış anlamışam dedi. Sən demə, Dilber Ay adlı pornoulduz var imiş. Atama qızın belə filmlərdə çəkilir deyiblər. Onu öldür, namusunu təmizlə deyiblər. Sonra atam gedib filmə baxıb, görüb ki, bu aktrisa başqasıdır.

Çox pullar qazanmışam, amma yedim, içdim və gəzdim. 30 nəvəm var, uşaqlarıma, qohumlarıma mən baxıram. Hər şeyi gəli mənimlə məsləhətləşirəm. Gizli bir şey edəni cəzalandırıram.

Bir gün səhnəyə çıxmamışdan öncə, bir adam kulisdə mənə cinsi zorakılıq etməyə çalışdı. Masanın üstündə meyvə bıçağı var idi. Aldım adamı bıçaqladım, yoxsa namusum kirlənəcəkdi. Namusumu qorudum, səkkiz ay yatdım. İndi olsa, yenə də eynisini edərəm. İnsan namusunu qorumaqdan niyə peşman olsun ki?”

13 yaşlı gəlin, namus cinayəti və həbs: Dilber Ayın acı hekayəsi - FOTO

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO