İbrahim Kalın koronavirusdan sağaldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın koronavirusdan sağalıb.
Rakus.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“COVID ilə bağlı müalicəm uğurla yekunlaşdı. Bu müddətdə əməyi olan bütün səhiyyə işçilərinə təşəkkür edirəm. Xəstəliyə tutulan hər kəsin tezliklə sağalmasını diləyirəm. ZƏng edən, soruşan və duasını əksik etməyən hər kəsə minnətdarlığımı bildirirəm”, – Türkiyə prezidentinin köməkçisi bildirib.
Kovid tedavim başarıyla tamamlandı hamdolsun.
Bu süreçte emeği geçen tüm sağlık çalışanı arkadaşlarıma teşekkür ediyorum. Hastalığa yakalanan herkese acil şifalar diliyorum.
Arayan, soran ve duasını eksik etmeyen herkese şükranlarımı sunuyorum.— Ibrahim Kalin (@ikalin1) November 5, 2020
Qeyd edək ki, Kalının oktyabrın 31-də koronavirusa yoluxduğu açıqlanmışdı.