Hadisə 06.11.2020 16:54

Ermənilərin törətdiyi müharibə cinayətləri ilə bağlı 51 iş açılıb

Bu gün Baş Prokurorluğunun Kollegiya iclası keçirilib.

Rakus.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatınaa görə, iclasda Baş prokuror Kamran Əliyev bu il sentyabrın 27-də erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoymalarına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamaqla qısa müddət ərzində qəhrəman ordumuzun əzmi və şücaəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və Hadrut qəsəbəsi də daxil olmaqla ümumilikdə 200-dən artıq yaşayış məntəqələrinin işğaldan azad edilməsi, döyüş əməliyyatlarının gedişində düşmən ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmənin çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmasını vurğulayıb.

Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizdə hərbi vəziyyətin elan olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin önəmi diqqətə çatdırılmaqla Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

Eyni zamanda, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilmiş, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməsi məqsədilə zəruri göstərişlər verilib.

İclasda işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin, xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə hərtərəfli və intensiv istintaq-əməliyyat hərəkətlərinin yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq idarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İclasda həmçinin, silahlı qüvvələrimizin apardığı əməliyyatlarla bərabər vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO