Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib.
Rakus.az xəbər verir ki, Türkiyəli nazir dövlətimizə təbrikini “Twitter” səhifəsindən ünvanlayıb:
“Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”.
O, paylaşımına hər iki qardaş dövlətin bayraqlarını əlavə edib və Azərbaycan XİN başçısı Ceyhun Bayramovu işarələyib.