Quaydo “Maduronu devirin” göstərişi verdi
Venesuelanın müxalifət lideri və özünü müvəqqəti prezident elan edən Xuan Quaydo qanuni Prezident Nikolas Maduro hakimiyyətini devirmək və azadılğa nail olmaq üçün Venesuela xalqını küçələrə çıxmaq çağırışından sonra hərbi qüvvələrin bir kəsiminin dəstəyini əldə edib.
Rakus.az xəbər verir ki, o deyib: “Bu gün cəsur əsgərlər, cəsur vətənpərvərlər, cəsur insanlar konstitusiya cağırışıma cavab verdi”.
Quaydo deyib ki, hərbi qüvvələr doğru addım atıb və düzgün tarixi seçim edib. Lakin kommunikasiya naziri Horhe Rodriqez kiçik bir qruplaşmanın çevrilişə cəhd göstərdiyini deyərək, xalqı buna yol verməməyə və “sülh”-ü seçməyə çağırıb.
Müdafiə naziri Vladimir Padrino deyib ki, hərbi qüvvələr Maduronu dəstəkləyir.
Tvitterdə yazdığı mesajda Quaydo Venesuelada Maduronun hakimiyyətdən uzaqlaşdırılması prosesinin “yekun mərhələyə” daxil olduğunu bəyan edib.
Nikolas Maduro Tvitterdə yazdığıa cavab da “maksimum səfərbərliyə” çağırıb və qələbə çalacağını bəyan edib.
Maduro Twitter hesabında yazıb: “Poladdan əsəblər! Mən komandirlərimlə danışmışam. Onlar konstitusiya, xalqa və vətənə sədaqətini bildirir. Mən maksimal səfərbərlik elan etmişəm. Biz bunun öhdəsindən gələcəyik!”
Paytaxt Karakas küçələrində etiraz aksiyaları davam edir. Maduroya sadiq hərbi qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Paytaxt küçələrinə minlərlə nümayişçi çıxıb. Maduroya sadiq qüvvələr onları atəşə tutub, su şırnaqları ilə onları dağıtmağa çalışıb. Milli Qvardiya maşınları nümayişçilərin üzərinə sürülüb.
Lakin televiziya ilə nümayiş etdirilən kadrlarda əsgərlərlə Quaydo tərəfdarlarının boş hərbi bazada təlaşsız gəzdiyi göstərilib.a
Birləşmiş Ştatlar Quaydonu Venesuelanın qanuni prezidenti qismində tanıyan 50 ölkə sırasındadır. Rəsmi Vaşinqton Maduronun saxtakarlıqla prezident seçkilərini udduğunu elan edərək onun hakimiyyətini tanımır.
İndiyədək ölkədə hərbi qüvvələr Maduroya sadiq qalıblar.
Venesuelada qarışıqlıq neft qiymətlərini rekord $73 dollara qalıdırb. OPEC üzvü olan Venesuela hazırda ABŞ-ın next ixracatına qoyduğu sanksiyalarla üzləşir.