Hadisə 10.11.2020 17:19

Prokurorluq: Rusiyanın Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işi başlanıldı

Xəbər verildiyi kimi, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, bir nəfər isə yaralanıb.

Rakus.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılıb və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən 09.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.

Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri sənədlər götürülüb və digər lazımi istintaq hərəkətləri həyata keçirilib.

Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin cinayət faktı ilə əlaqədar  Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova rəsmi məktub ünvanlayıb, eyni zamanda aralarında telefon danışığı baş tutub.

Telefon əlaqəsi zamanı Baş Prokuror hadisə nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına baş sağlığı verməklə yaralı hərbi qulluqçuya şəfa diləyib, həmçinin, başlanmış cinayət işi üzrə həyata keçirilmiş ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, tam, obyektiv və hərtərəfli istintaq aparılmasına əmin edib.

Rusiya Federasiyasının Baş Prokuroru öz növbəsində həmin faktla bağlı tərəflərindən də cinayət işinin başlanaraq istintaq aparılmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə istintaqın əlaqəli şəkildə aparılmasının işin səmərəliliyin artırılmasına xidmət edəcəyini qeyd edib.

İqor Krasnov Azərbaycan tərəfinin hadisə ilə bağlı təxirəsalınmaz reaksiya verərək zəruri tədbirlərin görülməsinə görə öz təşəkkürünü bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru imzalanmış 10.11.2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öz məmnunluğunu ifadə edərək bəyanatda əks etdirilmiş müddəaların icrasının tərəflərin, o cümlədən Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini qeyd etməklə, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin sülh və əminamanlığın bərqərar olmasında səmərəli rol oynayacağına ümidvar olduğunu xüsusilə vurğulanıb.

Kamran Əliyev və Rusiyalı həmkarı ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS