Gürcüstanda katib təyin olundu
Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub.
Rakus.az xəbər verir ki, Baş nazir Mamuka Baxtadzenin imzaladığı yeni əmrə əsasən, onun müavini, Daxili İşlər Naziri Qeorqi Qaxariya eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini yerinə yetirəcək.
Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası Mamuka Baxtadzenin rəhbərliyi ilə mayın 12-də keçiriləcək.
Gürcüstan Milli Təhlükəsizlik Şurası Baş nazirin rəhbərliyi ilə 8 nəfərdən ibarət olan məşvərətçi orqandır.
Şuranın daimi üzvləri daxili işlər, xarici işlər, maliyyə, müdafiə nazirləri, habelə dövlət təhlükəsizlik və kəşfiyyat xidmətinin rəhbərləri və silahlı qüvvələrin komandanıdır.
Şura milli təhlükəsizliyin planlaşdırılması və koordinasiyası ilə bağlı siyasi strategiya hazırlayır.