Qırmızı Xaç Komitəsi Qarabağda Rusiya ilə əməkdaşlıqda maraqlıdır
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Rakus.az xəbər verir ki, bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton bildirib.
Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək:
“Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda narahatlıq yaradan məsələlərdə fikir mübadiləsini gözləyir”.
Heterinqton bildirib ki, BQXK həmçinin münaqişə zamanı saxlanılan şəxslərin və öldürülənlərin meyitlərinin qaytarılmasında təşkilatın bitərəf vasitəçi rolunu gücləndirmək üçün praktik modallığı müzakirə etmək niyyətindədir.