Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonu bu gün Azərbaycanın tam nəzarətinə keçir.
Rakus.az xəbər verir ki, bu münasibətlə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncə şəhərində böyük sevinc yaşanıb.
Belə ki, doğma vətənlərinin azad olunduğu rəsmiləşəndən sonra Kəlbəcər sakinləri bunu atəşfəşanlıqla qeyd ediblər.