Rusiya hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi və 18 “İl-76” təyyarəsi sülhməramlıları və zirehli texnikaları İrəvan hava limanına aparıb.
Rakus.az xəbər verir ki, bi barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.
“Növbəti 18 ədəd “İl-76” təyyarəsi və Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlığı və heyəti ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə zonasına sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilib”, – deyə məlumatda qeyd olunur.
Sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 texnika – zirehli texnika, yük maşınları, tankerlər və ekskavatorlar aparıb.
Qarabağda da Rusiya sülhməramlıları var. Ümumilikdə, qrupda 1 960 silahlı hərbi qulluqçu, 90 zirehli texnika, 380 maşın və digər texnika olacaq.