Gürcüstanın paytaxtı Tbilisidə silahlı şəxs mikromaliyyə təşkilatında girov götürdüyü şəxslərin hamısını azad edib.
Rakus.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Daha əvvəl danışıqlar nəticəsində altı nəfəri azad edən cinayətkar sonradan qalanları da buraxıb.
Məlumata görə, silahlı şəxs özü isə polis tərəfindən saxlanılıb.
20:31
Gürcüstanın paytaxtı Tbilisi şəhərində naməlum silahlı şəxs mikromaliyyə təşkilatı binasında doqquz nəfəri girov götürüb.
Rakus.az xəbər verir ki, bu şəxsin girovları azad etmək üçün tələbləri sosial sahəni əhatə edib. Belə ki, o, bank faizlərinin və dərman preparatlarının qiymətinin endirilməsini tələb edib.
Silahlı şəxslə aparılan danışıqlardan sonra polis altı nəfərin azad olunmasına nail olub.