“Paşinyan getməlidir və gedəcək…”
“Keçmiş hakimiyyətə qarşı xalqın narazılığı fonunda hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası erməni apostol kilsəsi, ailəsi, ordusu, təhsili, hüququ və jurnalistikası da daxil olmaqla əsas milli qurumları və potensial müqavimət mənbələrini hədəf aldı”.
Rakus.az xəbər verir ki, bunu “Facebook”da Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan deyib.
“Nikol Paşinyanlar nələrə görə məsuliyyət daşıyır:
1. silahlı qüvvələrin hərbi-texniki dəstəyinin düzgün təşkil edilməməsinə görə;
2. İran və Gürcüstanla münasibətlərin pisləşməsinə görə;
3. Rusiya ilə lazımi əməkdaşlığın təmin olunmamasına görə;
4. danışıqlara dalana dirədiyinə görə;
5. müharibə zamanı səfərbərliyin düzgün təşkil edilməməsinə görə;
6. müharibə dövründə insanların gerçəklikdən kənarda saxlanılmasına görə;
7. müharibə zamanı qarşılıqlı yardımın düzgün təşkil edilməməsinə görə;
8. müharibəni tez bitirməməyə görə;
9. sənədi hər kəsdən gizlin imzaladığına görə.
Bu vəziyyətdə hamımızın günahkarıq, ancaq məğlub olan səlahiyyətlilər getməlidir. Nikol Paşinyan getməlidir və gedəcək”.