Dünya 22.11.2020 09:25

Lavrov Bakıda jurnalistlərin suallarını cavablandırdı – TAM MƏTN

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edib və jurnalistlərin suallarını cavablandırıb.

Rakus.az Rusiyanın xarici işlər nazirinin çıxışını və suallara cavablarını təqdim edir.

-Biz Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə danışıqları başa çatdırdıq. Danışıqlar bizim idarələrarası nümayəndə heyəti formatında keçdi. Sonra məhdud tərkibdə əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə belədir: noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar, qan tökülməsini dayandırmış, Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizamlanması üçün təməl yaratmış razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqləndi. Bu gün Azərbaycan Prezidenti həmin birgə üçtərəfli Bəyanatın bütün elementlərinin ardıcıl və vicdanlı şəkildə yerinə yetirilməsinin zəruriliyinə xüsusi diqqət ayırdı. Biz buna şərait yaradacaq, Azərbaycan və erməni tərəfləri ilə birlikdə həyata keçirəcəyimiz bir sıra konkret istiqamətləri müzakirə etdik. Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq. Bu işin daha səmərəli olması barədə Azərbaycan Prezidentinin konkret təklifləri var və bu gün biz onları maraqla müzakirə etdik, bu istiqamətdə bundan sonra da birgə işləyəcəyik. Lakin bütövlükdə ikitərəfli münasibətlərə dair problemlərlə əlaqədar bizim strateji tərəfdaşlığımızın durmadan intensiv inkişafını vurğuladıq, qayıdandan sonra, koronavirus infeksiyası ilə bağlı vəziyyət imkan verən kimi əyani tədbirlər keçirilməsi üzrə konkret addımlar nəzərdə tutduq.

Hökumətlərarası komissiya, regionlararası forum, Bakı humanitar forumu, gənclərin təşəbbüsləri üzrə forum da keçiriləcək. İkitərəfli qarşılıqlı əlaqələrin inkişafı üçün bizim çox zəngin vasitələrimiz var. Əlbəttə, biz bundan sonra da onlardan fəal istifadə edəcəyik. Beynəlxalq təşkilatlarda, BMT-də, ATƏT-də əməkdaşlığımızı müzakirə etdik, orada əsas məsələlərin əksəriyyəti üzrə bizim mövqelərimiz üst-üstə düşür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də, beş Xəzəryanı ölkənin qarşılıqlı fəaliyyəti çərçivəsində də birgə layihələrimiz var. Buna görə də danışıqların yekunlarını çox müsbət hesab edirik, onlar Prezidentə məruzə etməyə imkan verəcək ki, idarələrarası nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfəri barədə onun tapşırığı yerinə yetirilib. İndi biz yekun vuracaq, öz rəyimizi məruzə edəcəyik.

Ümidvaram ki, bu rəy bizim əlaqələrin inkişafına dair əlavə qərarların əsasını təşkil edəcək. Bir-iki suala cavab verməyə hazıram.

-Çox sağ olun, Sergey Viktoroviç. “Kommersant” qəzeti. Rusiyanın xüsusi xidmət orqanları bir qədər əvvəl xəbərdarlıq ediblər ki, ABŞ və onun NATO üzrə müttəfiqləri 9 noyabr tarixli razılaşmaları pozmağa və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Siz bu məsələni burada, Bakıda və Yerevanda öz tərəfdaşlarınızla müzakirə etmisinizmi? Onlar sizə nə deyiblər və bu məsələ sizin Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşünüzdə qaldırılıbmı?

-Bizim burada, Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq.

Birincisi ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar.

İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar. Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik.

-Cənab Lavrov, üçtərəfli Bəyanatda regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması nəzərdə tutulur. Sizin fikrinizcə, Bəyanatın həmin bəndinin reallaşması gələcəkdə region ölkələrinin iqtisadi əməkdaşlığının genişlənməsinə necə töhfə verə bilər?

-Mən hesab edirəm ki, bu, əsas bəndlərdən biridir, bu gün bu barədə çox ətraflı danışdıq. Azərbaycan Prezidenti səmimiyyətlə buna tərəfdardır ki, nəqliyyat, iqtisadi, infrastruktur kommunikasiyalarının açılması ilə bağlı yaranan imkanlar və layihələr mümkün qədər tezliklə reallaşsın. Bu regionda həyati əhəmiyyətli marşrutlar, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutları kəsişir. Yeri gəlmişkən, həmin marşrutlarda Azərbaycanın və Ermənistanın qonşuları olan Türkiyə və İran tərəfləri də iştirak edir.

Həqiqətən, burada təqribən 30 il mövcud olmuş bütün məhdudiyyətlər götürüləndə çox gözəl perspektivlər yaranacaq. Bu gün biz bu barədə ətraflı danışdıq. Bütün bu əlaqələrin qurulması region iqtisadiyyatına yeni həyat verəcək, bu da yəqin ki, hər hansı məhdudiyyətlərdən azad olacaq insanların həyat şəraitinin tezliklə təmin edilməsi məsələsinə uyğun olacaq, konfessiyalararası, etnoslararası sülhün bərqərar olması üçün ən mühüm maddi ilkin şərt olacaq. Beləliklə, bu, həqiqətən ən yaxın perspektivdə bizim işimizin əsas istiqamətlərindən biridir.

-Siz dediniz ki, bir sıra məsələlər barədə Azərbaycan tərəfi ilə sizin mövqeyiniz tamamilə üst-üstə düşür. Xahiş edirəm deyin, bu nizamlamada konkret olaraq Rusiyanın rolu barədə danışsaq, prinsip etibarilə bu halda da mövqelər tamamilə üst-üstə düşürmü? Bu gün Türkiyə amili nə dərəcədə müzakirə edilib? Hansısa yenilik varmı? Türkiyənin təsirinin, məsələn, Rusiyanı sıxışdıra bilməsi barədə müəyyən ehtimal varmı?

– Prezident Putin 17 noyabr tarixli müsahibəsində bu mövzuda çox ətraflı fikir söyləyib. Türkiyə bu regionda real amildir. Yeri gəlmişkən, təkcə bu regionda deyil, o cümlədən bu regionda. Türkiyə bir çox istiqamətlərdə bizim tərəfdaşımızdır və əlbəttə, suveren Ermənistan özünün xarici siyasət tərəfdaşlarını seçdiyi kimi, suveren Azərbaycan da özünün xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir. Buna görə də siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın.

Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın. Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar.

-Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə Bəyanatı imzalanıb. Siz bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Bu sənəd təxminən 30 il ərzində dondurulmuş münaqişədən sonra bu regionda nəhayət ki, sülhün bərqərar olması üçün əsasdır. Sənəd bu regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğundur və buna yönəlib ki, hazırda yaranmış real şərtlər gerçəkləşsin, bu şərtlərin reallaşması həmişə burada yaşamış insanların yenidən birgə yaşamalarına, etnik mənşəyindən, dini əqidələrindən asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamalarına imkan verəcək. Ən başlıcası budur. Sağ olun.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO