Fransada yoluxma və ölüm sayı yüksəlir
Fransada son sutkada COVID-19 epidemiyasına 13 min 157 yeni yoluxma və virusdan 215 ölüm faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 906 yeni xəstə, reanimasiya şöbələrinə 171 ağır vəziyyətdə xəstə daxil olub.
Xəstəxanalarda müalicə alan xəstələrin ümumi sayı 31 min 522, reanimasiya şöbələrində isə 4509-a çatıb.
Epidemiya başlayandan 2 milyon 140 min 208 yoluxma və 48 min 732 ölüm faktı qeydə alınıb.
Ölkədə fövqəladə sanitar vəziyyət 2021-ci il fevralın 16-dək uzadılıb. 2021-ci ilin əvvəlinə epidemiyanın 3-cü dalğasının gözlənildiyi bildirilir.
Təcrid rejiminin möhkəmləndirilməsi davam edir. Distant işləməyə üstünlük verilir, dini seremoniyalar qadağan edilib. Dəfn mərasimi (30 nəfər) və toylarda (6 nəfər) iştirak məhdudlaşdırılıb. Xarici sərhədlər bağlıdır, ölkəyə daxil olan hər kəs 72 saat çərçivəsində aparılmış test sənədi təqdim etməlidir.