Dünya 02.05.2019 01:32

Rusiyada 120 nəfər saxlanıldı - FOTO - VİDEO

Rusiyada 1 May aksiyaları zamanı polis müxtəlif şəhərlərdə insanları saxlayıb.

Rakus.az xəbər verir ki, OVD-İnfonun məlumatına görə, onlardan bir çoxu aksiyadan əvvəl saxlanılıb. Ümumilikdə, mayın 1-də Moskva vaxtı ilə saat 15.30-a qədər aksiyalarla əlaqədar olaraq ən azı 124 nəfər saxlanılıb. Saxlanılanların ən çoxu – 68 nəfər Sankt-Peterburqda ən çox saxlanılan məhbus sayı 68-dir.

Mayın 1-də Sankt-Peterburqda hakimiyyət orqanları ilə razılaşdırılmış “Azad Peterburq – azad seçkilər!” yürüşü keçirilib. Ancaq bir anda polis yürüş və səsləndirilən şüarların uyğun gəlmədiyini hesab edib və insanları saxlamağa başlayıb. Onlar xüsusilə, “Putin əbədi deyil” plakatı saxlayan üç nəfər və üzərində “Beglovu (Sankt-Peterburqun qubernatoru) Sobçakın yanına” şüarı yazılan plakatı daşıyan dörd etirazçını tutublar.

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov müxalifətin 1 May günündən “provokasiyalar” üçün istifadə etdiyini və polisin “qanunla” hərəkət etdiyini bildirib:

“Müxalifətin mayın biri nümayişində hərəkətləri onun siyasi uğursuzluğunu tanımasıdır. Çox vaxt insanları ayırmaq deyil, bir araya gətirmək məqsədli milli bayramlardan provokasiyalar üçün istifadə edilir,” o deyib. “Qeyd edim ki, polis tam qanuna əsasən hərəkət edib. Əminəm ki, peterburqlular artıq onların maraqlarını qoruyan şəxsələrin kim olduqları barədə nəticə çıxarıblar” – deyə, o əlavə edib.

Ümumilikdə, bir neçə ictimai hərəkatların təxminən 66 iştirakçısı, habelə Qanunvericilik Məclisinin deputatı Maksim Reznik saxlanılıb. Daha sonra o sərbəst buraxılıb və polis məmurları ondan üzr istəyib.

Sankt Peterburqda 1 May nümayişi
Sankt Peterburqda 1 May nümayişi

Sampsoniyevski bələdiyyə dairəsinə namizəd Natalya Barinova da həbs olunub. Həbs zamanı polis onu asfalt üzərinə atıb və o, 75 saylı polis şöbəsindən təcili yardımla xəstəxanaya aparılıb. Şahidlər ona çiyin sümüyünün sınığı diaqnozu qoyulduğunu bildiriblər.

Aksiyanı çəkən jurnalist Qeorqi Markov da xəsarət alıb. O, polis tərəfindən döyüldüyünü və saxlanıldığını bildirib.

“Açıq Rusiya” bildirir ki, hərəkatın sədri Andrey Pivovarov, Sankt-Peterburqdakı koordinator Sergey Kuzin və fəal Vasili Kunin də saxlanılıb.

Polis və Rosqvardiyanın əməkdaşları həmçinin Nevski Prospektində saxlanan fəalların azad edilməsi tələbilə bir saat nümayiş edən demokratlar və Yabloko partiyasından olan etirazçıları oradan qovublar.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO