Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Flippo Qrandini yenidən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) seçilməsi münasibəti ilə təbrik edib.
Rakus.az xəbər verir ki, bu barədə C.Bayramov “Twitter”də yazıb.
“Azərbaycanın məcburi köçkünlərinin azad edilmiş bütün ərazilərə qaytarılması üçün birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”, – o bildirib.
Baş Məclis F.Qrandini 30 iyun 2023-cü il tarixinədək yenidən UNHCR-in Qaçqınlar üzrə Ali Komissarı seçib.