Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində Kəlbəcərlə bağlı paylaşım edib.
Rakus.az xəbər verir ki, o yazıb:
“Azərbaycan ordusu 27 ildir işğala məruz qalan Kəlbəcəri bu gecə azadlığına qovuşdurub. Daşlar yerinə oturur. Qarabağ əsl kimliyinə qovuşur.
Qafqazda yeni dövr başlayır. Türkiyə Qafqazın yeni tarixində aktiv rol oynamağa davam edəcək”.