Dünya 26.11.2020 12:21

Fransadakı soydaşlarımız senatın qərarına etiraz edir

Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət edib.

Rakus.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Fansa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Cəmiyyəti, “Alim” Elmi Assosiasiyası, Fransa–Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir.

Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO