Türkiyə XİN Fransa Senatının qətnaməsini pislədi
“Qətnamədə Türkiyə ilə bağlı dilə gətirilən əsassız iddiaları bütövlükdə rədd edirik. Fransa Senatının bu qərarı tərəfsiz qalması vacib olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin bu günədək məsələyə niyə həll tapa bilmədiyini, necə tərəfli olduğunun açıq nümayişidir. Ermənistanın öncə Tovuzda, sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlara Azərbaycan lazımi qarşılığı verib və 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin edib”.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz ərazilərindən çəkilməsi çağırışı ciddiyə alınmayacaq qədər gülünc, tərəfli və gerçəklərdən uzaq bir anlayışın təzahürüdür”, – məlumatda vurğulanıb.