Tramp Ağ Evi bu şərt daxilində tərk edəcək
ABŞ Prezidenti Donald Tramp Seçici kollegiyasının rəqibi Co Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirib.
Rakus.az xəbər verir ki, D.Tramp jurnalistlərin qarşısında çıxış edərkən bildirib: “Əlbəttə ki, siz bunu onsuz da bilirsiniz”.
Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, C.Baydenə səs verənlər səhvə yol verib.
D.Tramp məğlubiyyəti etiraf etməyin çox çətin olacağını da bildirərək əlavə edib ki, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində kütləvi saxtakarlıq baş verib.
ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin son nəticələri hələ rəsmi açıqlanmayıb.
Lakin mətbuatın proqnozlarına əsasən, demokratların namizədi C.Bayden səs çoxluğu qazanaraq, ABŞ-ın növbəti prezidenti seçilib.
Artıq bir çox dünya liderləri C.Baydeni bu münasibətlə təbrik ediblər.