Sosial 02.05.2019 12:42

Paytaxt sakinləri münasibətini bildirdi – Avtobus sürücülərinə - FOTO - VİDEO

 

 

Bakıda tıxac yaradan problemlərdən biri ilə bağlı dərc etdiyimiz “BNA avtobus sürücüləri ilə bacarmır”

(https://rakus.az/bna-avtobus-suruculeri-ile-bacarmir/)

başlıqlı yazı oxucular tərəfindən gözlənildiyindən də çox geniş müzakirə olundu. Paytaxt sakinlərinin bir-birindən maraqlı fikir və təkliflər bildirdiklərini nəzərə alaraq onların bir qismini diqqətinizə çatdırırıq.

 

Xanağa Həsənov: Hövsandakı 161, 103, 210 nömrəli avtobusları 40 dəqiqə gözləməli oluruq. Harda da istəyirlər saxlayırlar. Deyəsən, bu avtobus şirkətlərinin day-dayısı güclüdü, BNA onlara bata bilmir.

Rövşən Heydərov: Qanunlara hörmət etmək hamının borcudur. Hər bir ölkənin inkişafı bundan asılıdır.

Sevda Həsənova: 171 nömrəli avtobusa minirsən, başa düşmək olmur avtobusdasan, ya da ralli yarışında. Düşəndə də şükür edirsın ki, sağ-salamat çatmısan. Allah bütün şərnişinlərimizə kömək olsun.

İlqar İbrahimov: Avtobusları deyil, beyinləri dəyişmək lazımdır… Belə görünür…

Akif Quliyev: 535 nömrəli avtobusun sürücüləri kimi qanuna tabe olmayan, istədikləri yerdə sərnişinləri düşürən, arxadan gələn maşına minərsiniz deyə. Sürücü yoxdur deyirsən, şikayət olacaq.  Deyir etsinlər…

Nazim Mahmudoğlu: BNA sürücülərlə bacarmaq üçün onları Allahın ümidinə buraxmalı deyil. Onlara əməkhaqqı verməlidir. Sürücü səhər saat 6-dan maşını boş bakla götürüb qarajdan ( əgər ona qaraj demək münkünsə) çıxır. Gün ərzində işlədəcəyi yanacaq, dispeçer pulu, gündəlik plan və …

Şahmar Hüseynov: Bacarmır ona görə ki, həmin marşrutların sahiblərindən qorxurlar. Bunun qarşısını almaq üçün marşrutların hamısı “BakuBus” MMC-yə verilməlidir. Sahibkar pul qazanmaq istəyirsə, avtobusun sayına görə “BakuBus”dan faizini alsın.

Faiq Əzizov: BNA qayda-qanunla işləsinlər, vəssalam.

Şükufə Quliyeva: Sürücü də ailə dolandırmalıdır, evinə çörək pulu aparmalıdır. Səhərdən axşama kimi min bir xasiyyətdə insanla üzləşir, biri döyür, biri söyür, onlar da əsəbi vəziyyətdə maşını sürür. Bir az mərhəmətli olaq ətrafımızdakı insanlara, heyvanlara, təbiətə qarşı. Baxarsınız, onda hər şey çox gözəl olar.

Azad Kərimov: Sürücülük məsələsi deyil, marşrut sahibləri ilə bacarmırlar. Sahibkar küllü miqadarda cərimə edilsə, sürücülər də səliqəli olarlar.

Hidayət Həsənov: Nə qədər ki, nəqliyyat sektoru şəxsi əllərdədi, bu belə də davam edəcək. 20 qəpik üstündə mübarizədi.

Elçin Muxtarov: Avtobus sürücüləri 30 qəpiyə bütün nəslini söydürür.

Bayram Məmmədov: Bacarmır yox, istəmir. Marşrutların sahibi var, arada milyonlar oynayır. Ona görə də kart sisteminə keçid ləngiyir.

NM Vahabzadə: İstəsələr uzağı 1 aya qayda yaradarlar. Kim düz işləmir, al əlindən marşrutu ver başqasına. Belə çıxır ki, BNA özü-özüynən bacarmır.

Müdrik M-ov: Kart sistemində olsalar orda tıxac yaranmaz, çünki bilərlər ki maaş alacaq, bax onda tıxac yaranmaz.

Akif Hüseynov: Avtobuslara kassa qoyulub, sürücülərə normal maaş verilsə, hər şey düzələr.

Aşıq Tuncay İsalı: BNA heç nə bacarmır.

Tahir Ağayev: Kart sisteminə keçməlidi ictimai nəqliyyat. Onda hamısı avtomatik olaraq düzələcək.

Nazim Əhmədov: Görünür BNA-da işləyənlər bu sahənin mütəxəssisləri deyillər. Əgər maarifləndirmələr sürücülərə təsir etmirsə, onda onların məxsus olduğu şirkətləri cərimələmək lazımdır. Belə olarsa, tezliklə qayda-qanun yaranar.

Aslan Hüseynov: DYP əməkdaşları yollarda səhər dayananda, avtobuslar normal işləyir. Belə olmadısa, tıxaclar yaranır.

Maqa dayı: Bacarmırlarsa, istefa versinlər. Avtobus sürücüləri özbaşınalıq edir.

Rasim Yaqublu: Onda nə işə yarayır BNA?

Famil Əkbərli: Bacarmaq üçün marşrut xətlərində daim hərəkətdə olmaq lazımdı. Onların başı boş yer axtarmaqla məşğuldu. Şəhərin bütün küçələri ödənişli park olub. 5 dəqiqə dayanmaq olmur, başının üstünü alırlar ki, bu yerə müqaviləmiz var. Ya pul ödə, ya da burda dayanma.

Rizvan Dadaşov: Özlərinə belə sərf edir.

Firudin Abazəliyev: Bu tunellər məncə düzgün deyil. yeraltı tunellər baha başa gəlsə də, sərfəli və rahatdır.

Elşən Səfərov: Onlar ancaq taksiyə qənimdi. Avtobus sürücülərinə heç kim heç nə deyə bilməz.

Əhməd Süleymanov: Sürücülərdə təqsir yoxdur, təqsir onlara nəzarət edəndədi. Çünki o qədər plan qoyurlar ki, sürücülər də istədikləri kimi hərəkət edirlər.

Azada Mirzəliyeva: Bacarmır, işdən azad eləsin. Bilmirsən avtobusa minmisən, yoxsa arabaya.

Qeyd: Dilimizin orfoqrafiya qaydalarına uyğun olaraq, adları, soyadları və fikirləri qramatik qaydalara uyğun verdik.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO