Böyük Britaniyada polis Londonun mərkəzində ölkədə koronavirus əleyhinə tətbiq edilən karantin məhdudiyyətlərinə etiraz edən 60 nümayişçini saxlayıb.
Rakus.az xəbər verir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və müxtəlif əşyalar atıb.
Nümayişçilər “Bizi nəzarət altında saxlamağı dayandırın”, “Karantinə yox”, “Maska tələbinə son”, “Polislər utansın” şüarları səsləndiriblər.