İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin dəfn mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, bu barədə “Təsmin” agentliyi məlumat yayıb.
Dəfn mərasimi İranın Müdafiə Nazirliyinin qarşısındakı meydanda baş tutub.
Mərasimdə bir sıra yüksək rütbəli hərbçilər, dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.