Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Laçın rayonunun işğaldan azad edilməsi barədə yazıb.
Rakus.az xəbər verir ki,, o, bu barədə “Twitter”də paylaşım edib.
“Biz Laçınımıza mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik! Qarabağ Azərbaycandır”, – A.Kərimov qeyd edib.
Nazir müavini Laçın rayonunda yerləşən mədəniyyət abidələrinin də sayını açıqlayıb:
“73 tarixi mədəniyyət abidəsi, 51 mədəniyyət evi, 75 kitabxana, beş musiqi məktəbi, iki muzey, bir qalereya”.