Dünya 02.12.2020 00:13

NATO PA-nın Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirildi

Noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Videokonfrans formatında keçirilən seminarda Milli Məclisin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov əvvəlcə NATO Parlament Assambleyasının prezidenti Gerald Konnolini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Daha sonra Ermənistandan olan deputatın çıxışına cavab verən Ziyafət Əsgərov deyib ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycan torpaqları olduğunu göstərən dörd qətnaməsi var. Tarixi olaraq da, hüquqi olaraq da bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin Avropa Birliyi də, Avropa Şurası da (BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xaricində) bir sıra sənədlər və qətnamələr imzalayıb.

120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın ərazi bütövlüyünü birmənalı təsdiq edən müvafiq sənədləri var:

“Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram – bir milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa Birliyi harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq və danışırıq. “Gəlin bunu sülh yolu ilə müzakirə edək” dedik. Ancaq biz torpaqlarımızı Ermənistanın  işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı”.

Daha sonra Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan ərazisinə bir nəfər də olsun terrorçu gətirilməyib. Əksinə Ermənistan Livandan, Yunanıstandan, İraqdan, Fransadan həm erməni, həm də qeyri-erməni əsilli terrorçuları cəlb edib. Bununla bağlı sənədlər var və bu sənədlər müvafiq təşkilatlara təqdim olunub.

Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandırmağa gəlincə isə, Z.Əsgərov deyib ki, Türkiyə bizi mənəvi və siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost və qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür.

Ziyafət Əsgərov Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballestik raket və fosfor bombalarından istifadə etməsi barədə danışaraq bildirib ki, Ermənistan humanitar normalar da daxil olmaqla bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Dinc şəhərlərimiz atəşə tutuldu, nəticədə qadın və uşaqlar da daxil olmaqla Azərbaycanın 94 mülki vətəndaşı öldürüldü, 400-dən çox mülki insan yaralandı, 3000-dən çox mənzil dağıdıldı. Ermənilər Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk edərkən oradakı bütün evləri, meşələri yandırdılar:

“Biz bunlara necə baxmalıyıq? Bunlar azərbaycanlılar tərəfindən tikilən evlər idi. Bu, hərbi cinayətdir”.

O, çıxışına yekun vuraraq bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müharibədə, Azərbaycanın Ali Baş Komandanı başda olmaqla ordumuz və xalqımız qalib gəldi. Biz torpaqlarımızı azad etdik:

“Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu”.

Sonra seminarda bir sıra ölkələrin nümayəndələri və ekspertlər çıxış edərək öz fikirlərini bildiriblər. Bununla da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı başa çatıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO