OECD: Qlobal iqtisadiyyat 4,2 faiz kiçiləcək
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadiyyata dair proqnozunu açıqlayıb.
Rakus.az xəbər verir ki, təşkilat qlobal iqtisadiyyatın daralma proqnozunu 4,2 faizə endirib.
Sentyabrdakı proqnoz 4,5 faiz idi.
Bildirilir ki, yeni növ koronavirusa qarşı peyvənd və Asiya bazarındakı bərpa prosesi epidemiyasının başlanğıcından bəri qlobal iqtisadiyyatın gələcəyinə ilk dəfə ümidlə baxmağa şərait yaradıb.
Hökumətlərin və mərkəzi bankların böhrana qarşı görünməmiş fəaliyyəti ilə qlobal iqtisadi fəaliyyət bir çox sektorda sürətlə bərpa olunub, lakin bəzi xidmət sektorlarında məhdudiyyətlərin təsirləri hələ də qalmaqdadır. Qlobal ÜDM 2020-ci ildəki kəskin azalmadan sonra qarşıdakı 2 ildə sürətlə artacaq.
OECD 2021-ci il üzrə qlobal iqtisadiyyata dair artım proqnozunu 5 faizdən 4,2 faizə endirib, 2022-ci ildə isə 3,7 faizlik böyümə gözləyir.