Türkmənistan məhdudlaşdırıcı tədbirləri uzatdı
Türkmənistan kəskin infeksion xəstəliklərin ölkəyə gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə ticarət, ictimai iaşə və dini qurumların fəaliyyətinə əvvəllər tətbiq edilən məhdudiyyətlərin müddətini 2020-ci ilin sonunadək uzadıb.
Rakus.az xəbər verir ki, ölkədə 2021-ci ilin yanvar ayına qədər ticarət müəssisələrinin (gündəlik tələbat malları mağazası istisna olmaqla) və ictimai iaşə müəssisələrinin (banket zalları, restoranlar, kafe və yeməkxanaların) fəaliyyəti məhdudlaşdırılır.
Ölkədə dəmir yolu və avtobus nəqliyyatının hərəkətinə qoyulan müvəqqəti məhdudiyyətlər də 2021-ci il yanvarın 1-dək uzadılıb. Bundan başqa, ilin sonuna qədər məscidlər və dini ziyarətgahlar qapalı olaraq qalacaq.
Xatırladaq ki, əvvəllər ticarət və ictimai iaşə obyektlərinin və dini qurumların fəaliyyəti 2020-ci il dekabrın 1-dək məhdudlaşdırılmışdı.