Fransa XİN: “Dağlıq Qarabağın müstəqilliyini tanımırıq”
Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian bu gün ölkə hökumətinin Milli Assambleyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnaməsinə münasibətini açıqlayıb.
Rakus.az xəbər verir ki, nazir qondarma rejimin müstəqilliyinin tanınmayacağını qeyd edib.
“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, – Jan İv Lö Drian Milli Assambleyada qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qətnamənin müzakirəsi zamanı vurğulayıb.
Jan İv Lö Drian qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması fikri ilə razı olmadığını bildirib. O, vurğulayıb ki, erməni dostlarının özləri də bunu istəmirlər.
Nazir belə bir qərarın qəbul ediləcəyi təqdirdə Fransanın Minsk qrupunun həmsədrliyindən getməli olacağını deyib.
“Bu da bizim vasitəçi rolumuzdan imtina etməyimiz deməkdir”, – nazir əlavə edib.